HAQQIMIZDA

“HAVISSOS” MMC şirkəti yarandığı gündən etibarən bir çox uğurlu layihələrə imza atmışdır. Şirkət, hər növ inzibati, yaşayış, istehsalat və iaşə obyektlərində isitmə, soyutma, havalandırma işlərinin layihələndirilməsi və montajını həyata keçirir. Həmçinin yanğınsöndürmə, suyun filtirasiyası və isti-soyuq su təchizatı işlərinin görülməsi də şirkətimizin tərəfindən yüksək səviyyədə həyata keçirilir.



ÜSTÜNLÜKLƏRİMİZ

"HAVİSSOS" MMC müxtəlif istehsalçıların və hər büdcəyə uyğun təklif etdiyi sistemlərin satışını və quraşdırılması həyata keçirir.

Müştəri məmnuniyyəti

Keyfiyyət

Zəmanət

"HAVİSSOS" MMC

Ruslan Hüseynov

Direktor

Topladığımız təcrübəyə əsasən sizə həmçinin havalandırma, soyutma və isitmə sistemlərinin fərdi mühəndis həllini təklif edə bilərik. Bizim təcrübəli mühəndis və texnika işçilərimiz istənilən həcmdə layihələrin planlaşdırılmış vaxt çərçivəsində reallaşdırılmasına hazırdılar. Müxtəlif markalı məhsul çeşidlərinin çoxluğu bizə sənayə, eləcə də fərdi tikililərin və evlərin iqlim sistemlərinin qurulmasının planlaşdırılmış büdcəyə uyğun optimal variantlar təklif etməyimizə imkan yaratmaqdadır. Biz Bakı şəhəri ilə bərabər regionlara sifarişlə öz xidmətlərimizi təklif edə bilərik. Kompanianın missiyası müştərilərin həyat və iş şəraitinin qəbul edilmiş sanitar normalara uyğun və komfortlu olması üçün daima qarşıya qoyulan layihələrin operativ və keyfiyyətli icrasından ibarətdir.